ABŞ administrasiyası Putinin qərarını şərh etməyib
30 dekabr 2016 23:00
Baxış Sayı: 728,
Müəllif: Qarabaqinfo
Çap Et
“ABŞ administrasiyası Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına cavabı ilə tanışdır”. Qarabaq.info Modern.az saytı istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi açıqlama verib. Məlumatda bildirilir ki, ABŞ tərəfi Rusiya prezidentinin amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarı ilə tanış olub: “Qərardan xəbərimiz var. Buna hər hansı əlavəmiz yoxdur”.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik üzrə Şurası Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin sanksiyalara cavab olaraq, ölkəsinin heç kimi qovmaq fikrində olmadığını bəyan edib.
|
Bu xəbəri dostlarınla paylaş: