Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb - YENİLƏNİB-1
19 dekabr 2016 11:05
Baxış Sayı: 662,
Müəllif: Qarabaqinfo
Çap Et
Rusiya Müdafiə Nazirliyində "İl-18" təyyarəsinin Yakutiyada qəzaya uğramasını şərh ediblər.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, təyyarə qəza enişi edib.
"Bütün sərnişinlər və ekipaj üzləri sağdır. 23 nəfər vertolyotla xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.
***
saat 09.51
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “İnterfax”a hüquq-mühafizə orqanlarından bildirilib. Təyyarənin göyərtəsində cəmi 36 nəfər olub.
*** 09.36 Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb.
APA-nın “Ria-Novosti”-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında “İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur.
Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub. |
loading...
| « May 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.
