Trampdan Ərdoğanın təklifinə gözlənilməz dəstək.
16 dekabr 2016 18:27
Baxış Sayı: 598,
Müəllif: Qarabaqinfo
Çap Et
ABŞ-ın yeni prezidenti Donald Tramp Suriyada təhlükəsiz bölgələr yaradılacağını açıqlayıb. Qarabaq.info Axar.az istinadən xəbər verir ki, Pensilvaniya ştatında çıxış edən yeni prezident Suriyada baş verən hadisələrin “çox üzücü” olduğunu bildirib. “Çox təsirlidir. Oradakı insanlara yardım edəcəyik. Suriyada təhlükəsiz bölgələr yaradacağıq”. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə ABŞ və NATO-ya çağırış edərək, Suriyada təhlükəsiz bölgə yaradılmasını təklif etmişdi. |
Bu xəbəri dostlarınla paylaş: