Binəli Yıldırımdan sərt bəyanat — "Ankaranın səbri tükənib"
01 dekabr 2016 17:23
Baxış Sayı: 568,
Müəllif: Qarabaqinfo
Çap Et
Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, rəsmi Ankara Avropanı regional təhlükələrdən müdafiə etmək məcburiyyətində deyil. Qarabaq.info Ölkə.Az istinadən xəbər verir ki, baş nazir artıq Türkiyənin səbrinin tükəndiyini qeyd edib. Binəli Yıldırım bildirib: "Türkiyə regional təhlükə məsələsində Avropanın ən böyük təhlükəsizlik qarantıdır. Əgər son 5-6 il ərzində Türkiyə regional təhlükənin qarşısını kəsməsəydi, Avropa bu təhlükəyə davam gətirə bilməzdi. Amma bizim səbrimizin də həddi var. Biz müntəzəm olaraq regiondan gələn təhlükəyə qarşı Avropanı qorumaq məcburiyyətində deyilik". Türkiyə rəsmisi eyni zamanda Avropada islamofobiya və ksenofobiyanın artdığını da qeyd edib: "Avropada irqçilik əhval-ruhiyyəsi artır, sağ yönümlü qüvvələr mövqelərini möhkəmləndirir. 2017-ci ildə Avropanın 5 ölkəsində seçkilər keçiriləcək. Bu, qeyri-müəyyənlik olduğunu göstərir". |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|