Ərdoğan danışdı: yunanlar vahimə içində
28 noyabr 2016 12:41
Baxış Sayı: 592,
Müəllif: Qarabaqinfo
Çap Et
Türkiyə hər gün 3 minə yaxın mirqantı Yunanıstana göndərməyə hazırlaşır. Qarabaq.info Axar.az “Tayms”a istinadən xəbər verir ki, rəsmi Ankara yaxın bir neçə həftə ərzində miqrantların Yunanıstana keçməsi üçün şərait yaradacaq. Qəzetin yunan kəşfiyyat məlumatına söykənən xəbərində Afinanın çarəsiz vəziyyətə düşdüyü bildirilib. Yunan kəşfiyyat eksperti Atanassios Drouqas qəzetə açıqlamasında Baş Qərargahın ciddi narahatlıq keçirdiyini qeyd edib: “Bu günlərdə heç kim cənab Ərdoğanın təxmin edilməz addımlarını nəzərə almır”. Xatırladaq ki, Avropa Parlamenti ötən həftə Türkiyə ilə AB arasında davam edən müzakirələrin müvəqqəti dondurulması barədə qərar qəbul edib. Qərardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsləyə bu cür münasibət bildirib: “Verdiyiniz sözləri yerinə yetirmədiniz. Qapıqüllədə (Türkiyə-Bolqarıstan gömrük qapısı.-red.) 50 min miqrant dayandığı zaman fəryad etdiniz. “Görəsən Türkiyə sərhədləri açarsa, nə edərik”, deməyə başladınız. Baxın, əgər daha da irəli getsəniz, sərhəd qapıları da açılacaq, bunu da biləsiniz”. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|