Qarabaq.info » Dünya » Pol Rayan yenidən Nümayəndələr Palatasının spikeri vəzifəsinə təyin olunub


Pol Rayan yenidən Nümayəndələr Palatasının spikeri vəzifəsinə təyin olunub

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan Kapitolidə mətbut konfransında


Respblikaçılar partiyasında uzun prezidentlik seçki kampaniyasından sonra az qala parçalanmaya gətirib çıxaran ziddiyyətlər dövrü ilə belə görünür sona çatır. Nümayəndələr Palatasının respublikaçı üzvləri Pol Rayanı yenidən özlərinə lider seçərək, onu spikeri vəzifəsində saxlayıb. Yanvar ayında yeni Konqres işinə başlayanda Rayanı yeni müddətə spiker vəzifəsində təsdiq edəcək.

Nümayəndələr Palatasının respublikaçı üzvləri rəhbərliyin seçilməsi üçün Koqresdə toplaşıb. Onların hər birinin oturacağında üzərində "Amerikanı daha möhtəşəm edək" yazılmış papaq qoyulub.


 

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp və xanımı Melaniya, Nümayəndələr Palatasının spikeri Pol Rayan və vitse-prezidentliyə namizəd Mayk Pens ABŞ Konqresində

Toplantı iştirakçılarının çoxu tədbirdən Trampın kampaniya simvolu olan bu papaqlarla çıxaraq, keçən həftə demokrat Hillari Klinton üzərində gözlənilməz qələbəsinə qədər şübhə ilə yanaşdıqları respublikaçı namizədlə həmrəyilik nümayiş etdirib.

Qapalı görüşdən sonra müxbirlər qarşısında danışan Pol Rayan deyib: "Yeni, vahid Respublikaçı hökumətin açılan yeni səhərinə xoş gəlmisiniz."

Rayanın Nümayəndələr Palatasının spikeri vəzifəsində qalması məsələsinin Donald Trampın seçkini uduzduğu halda qeyri-müəyyən olacağı ehtimal edilirdi. Bunun səbəblərindən biri Viskonsin ştatını təmsil edən respublikaçı siyasətçinin partiyanın namizədinə dəstək vermək və Trampın mübahisəli açıqlamalarına görəözünü ondan uzaq tutmaq arasında balans yaratmağa çalışması ilə əlaqədar idi.

Amma Pol Rayanın seçkidən sonra Kapitoli binasında jurnalistlər üçün ilk mətbuat konfransını keçirməsi ilə belə görünür o günlər artıq arxada qalıb.

  amerikaninsesi.org