Qarabaq.info » Dünya » Trampla Hillari arasında seks kaseti söhbəti başladı


Trampla Hillari arasında seks kaseti söhbəti başladı

 

ABŞ seçkilərində“belaltı”iyrənclik 

Amerikada cümhuriyyətçilərin prezidentliyə namizəd Donald Trampla bağlı yeni qalmaqal meydana çıxıb. 

 Qarabaq.info Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,keçmiş kainat gözəli Alisia Maçado Trampı cinsiyyətçilik və qadın düşmənliyində ittiham edib. Prezidentliyə namizəd isə onun ünvanına  “iyrənc” deyərək, seks kasetinin olduğunu iddia edib. Demokratların namizədi Hillari Klinton isə  Trampı “anormal” adlandıraraq etirazını bildirib.

Tramp Tvitter vasitəsilə paylaşdığı mesajlarında amerikanlardan  Alisia Maçadonun “şəxsi keçmişi” və “seks kasetləri” ilə bağlı araşdırma aparmasını istəyib. "Associated Press" agentliyi isə araşdırıb ki, Trampın haqqında danışdığı “seks kasseti” əslində Maçadonun İspaniyadakı bir realiti şou proqramındakı görüntüləridir. Bu görüntülərdə kainat gözəli bir kişi yarışmaçı ilə eyni yataqda yer alıb. Tramp eyni zamanda Venesuellada dünyaya gəlmiş A.Maçadonun Hillari Klintonun köməyi ilə ABŞ vətəndaşı olduğuna işarə edib.

Klinton isə Trampın açıqlamalarına “Bu, Trampın standartlarında belə anormallıqdır”, deyə reaksiya verib.

Maçado bildirib ki, gözəllik yarışmalarını düzənləmə haqqı Trampa aid olduğu zaman, yəni, 1996-cı ildə kainat gözəli seçilib. Həmin vaxt bir qədər kökəldiyi üçün cümhuriyyətçi namizəd ona ''Miss Piggy (Xanım Donuzcuq); Latin Amerika köklərinə aid olduğu üçünsə ''Miss Housekeeping (Xanım Təmizikçi)'' deyə müraciət edib.
Maçadonun bu sözləri Trampla televiziya debatı zamanı H.Klinton tərəfindən gündəmə gətirilmişdi.

Bu sabah erkən saatlarda atdığı tvitlərdə isə Tramp aşağıdakıları yazıb: “Saxtakar Hillari, televiziya mübahisələrində istifadə etmək üçün iyrənc (keçmişi və seks kasetinə baxın) Alisia M'in ABŞ vətəndaşı olmasına yardım etdimi?”, dedi. Klinton isə Trampın xoşuna gəlməyən bir şeylə qarşılaşınca dərhal hücuma keçdiyini və bunu mənasız bir eqo savaşına çevirdiyini, bu səbəbdən də onun prezidentlik üçün çox təhlükəli olduğunu deyib: “Bir qadını yalanlamaq və komplo teoriləriylə qaralamaq üçün kim bütün gecə yuxusuz qala bilər?”