Qarabaq.info » Dünya » “Poroşenko mənə baş nazir postu təklif etmişdi”


“Poroşenko mənə baş nazir postu təklif etmişdi”

 

Ukrayna Prezidenti Pyotr Poroşenko mənə öz partiyası və hökumətə rəhbərlik etməyi təklif etmişdi.


Axar.az istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Odessanın eks-qubernatoru Mixail Saakaşvili söyləyib. O, Poroşenkonun bu təklifini qəbul etmədiyini bildirib:

“Mənə Poroşenko açıq-aşkar baş nazir və daha bir neçə şey təklif edib. Bəs mən baş nazir olsaydım, nə olacaqdı? Belə çıxır, gərək qaçıb, hansısa Qonçarenkodan mənim qanunuma səs verməyini xahiş edəydim. Belə Qonçarenkoların sayı isə parlamentdə 400 nəfərdir”.

Qeyd edək ki, Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verəndən sonra mövcud Ukrayna iqtidarı haqda xeyli sərt bəyanatlar verib.