Gürcüstanda azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edilib
13 oktyabr 2016 13:59
Baxış Sayı: 604,
Müəllif: Qarabaqinfo
Çap Et
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir.
Qarabaq.info APA-nın xəbərinə görə, aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. Deputatlığa namizədlər Əhməd İmanquliyev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına gəliblər.
Saxlanılan şəxslər barəsində cinayət işi başlandığı bildirilir.
Ötən gecə Qızılhacılı kəndinin 6 sakini polis tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Qızılhacılı kəndində yaradılan 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada iştirakda təqsirləndirilirlər.
Müxalif Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Əhməd İmanquliyevin tərəfdarı olan həmin şəxslər məntəqədə səsvermə zamanı baş verən qanun pozuntularına etiraz olaraq məntəqənin qarşısında aksiya keçiriblər.
Gecə saatlarında isə onların yaşadıqları ünvana gələn polislər evlərdə axtarış aparıblar. Axtarış zamanı evlərə ziyan vurulduğu, sakinlərin təzyiqə məruz qaldığı bildirilir.
Qeyd edək ki, adı çəkilən 48 saylı məntəqədə proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub. apa. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|