Qarabaq.info » Dünya » Türkiyənin hökumət sözçüsü: "Rusiya ilə ABŞ müharibə həddinə gəlib"


Türkiyənin hökumət sözçüsü: "Rusiya ilə ABŞ müharibə həddinə gəlib"

 

"Rusiya ilə ABŞ müharibə edəcək vəziyyətə gəlib".

 

 Qarabaq.info APA-nın “Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib.

 

O bildirib ki, 3-cü qüvvələrin əli ilə aparılan müharibələrin bir sonu var: “Suriyada da bu cür müharibələrin limiti dolub. Üçüncü qüvvələrin əli olan belə müharibələr davam edərsə, ABŞ-la Rusiya müharibə edəcək səviyyəyə gəlib çıxacaq. Böyük bir regional və ya dünya müharibəsinin başlanmasının astanasındadırlar”. apa