Ukrayna prezidenti Donald Trampla görüşüb [Video]
22 iyun 2017 11:22
Baxış Sayı: 754,
Müəllif: Qarabaqinfo
Çap Et
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb. Poroşenko ABŞ-Ukrayna münasibətlərini alqışlayıb və demokratiyaya sadiq qalacağına dair söz verərək, Rusiyayanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın dəstəyinə çağırıb. Biz çox gözəl müzakirələr apardıq. Bu müzakirələr gün boyu davam edəcək. Fikrimcə çox böyük irəliləyişlər əldə etdik. Cənab prezident, Sizinlə görüşməkdən böyük şərəf duyuruq Donald Tramp Trampın Ukrayna prezidenti ilə görüşü ABŞ-ın Rusiya ilə keçirəcəyi sammitdən öncə baş tutub. “Biz çox gözəl müzakirələr apardıq. Bu müzakirələr gün boyu davam edəcək. Fikrimcə çox böyük irəliləyişlər əldə etdik. Cənab prezident, Sizinlə görüşməkdən böyük şərəf duyuruq.”- Prezident Donald Tramp. Poroşenko ABŞ-ın dəstəyini tərifləyib və ölkəsində demokratiya və azadlıq uğrunda mübarizə aparmağa söz verib. “Biz demokratiya və azadlığı geri gətirmək üçün çox səy göstərik. Biz bunu təhlükəsizlik və müdafiə sektorunun dəstəyi, islahatlarımızın və 45 milyonluq xalqımızın dəstəyi sayəsində edirik. Mən tam əminəm ki, Ukrayna müvəffəqiyyət nümunəsidir. Mən isə Sizin, cənab prezident, və ABŞ-ın bu müvəffəqəyittə dəstək verdiyinə görə şərəf duyuram”, deyə Poroşenko bildirib. Poroşenkonun ziyarəti ABŞ Maliyyə Nazirliyinin Ukraynanın şərqindəki münaqişədə iştirak edən əlavə 38 şəxs və müəssisəyə qarşı sanksiya tətbiq edəcəyini elan etdiyi ərəfəyə təsadüf edir. “Onlar Ukraynanın şərqini tərk etməyənədək biz Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik və inanırıq ki, o torpaqlar Ukraynaya məxsusdur. Bu səbəbdən də sanksiyalar davam edəcək. Bu məsələ bu gün prezidentlə aparılan danışıqlar zamanı müzakirə olundu,” deyə Ağ Evin sözçüsü Çon Spayser bildirib. Cim Mattis və Petro Poroşenko Sovet İttifaqından müstəqillik əldə edəndən sonra Ukrayna bir sıra siyasi və iqtisadi problemlərlə üzləşib. Yüksək vəzifəli rəsmilər arasında geniş yayılmış korrupsiya ən böyük problemlərdəndir. Anti-korrupsiya fəalları Ukraynanın ən zəngin biznesmenlərindən olan Poroşenkonu lazımı islahatların aparılması üçün kifayət qədər tədbir görməməkdə günahlandırır. Bəzi təhlilçilər xəbərdarlıq edir ki, bunlar 2014-cü ildə Poroşenkonun xələfi Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi ilə nəticələnən Kiyevin Maydan Meydanındakı etirazların yenidən canlamasına gətirib çıxara bilər. amerikaninsesi.org |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|