Qarabaq.info » Dünya » Xatəmi seçiciləri Ruhaniyə səs verməyə çağırır


Xatəmi seçiciləri Ruhaniyə səs verməyə çağırır

 

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi seçiciləri Həsən Ruhanini yenidən prezident seçməyə çağırıb. İranda islahatçııların mənəvi lideri hesab edilən Xatəmi Ruhaninin İranın dünyadan təcrid olmasına son qoyulması siyasətinə dəstək verdiyini bildirib.

Biz yola Ruhani ilə başlamışıq və indi yarı yoldayıq. Biz bəzi problemləri həll etmişik və onunla bu çətin yolda daha böyük problemlərin həlli hələ qalır. Məhəmməd Xatəmi

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneiyə yaxın olan sərt xətt tərəfdarı təhlükəsizlik və ədliyyə gücləri mediaya Xatəminin çıxışını yayımlamağı və onun adını qeyd etməyi qadağan edib.

Lakin Xatəmi seçiciləri islahat tərəfdarları namizədlərə səs verməyə çağırmaq üçün sosial mediadan istifadə edərək seçkilərdə mühüm rol oynayıb.


 

İran prezidenti Həsən Ruhani seçki tədbirində tərəfdalarını salamlayır


"Biz yola Ruhani ilə başlamışıq və indi yarı yoldayıq. Biz bəzi problemləri həll etmişik və onunla bu çətin yolda daha böyük problemlərin həlli hələ qalır", Xatəmi sosial mediada açıqlanmış video mesajında bildirib.


"İndi daha yaxşı gələcəyə ümidi möhkəmləndirmək üçün bizim əziz Ruhaniyə səslərinizi yenidən vermək üçün növbə sizindir", Xatəmi deyib.

Praqmatik müsəlman din xadimi olan Ruhani 2013-cü ildə İran İslam Respublikasının beynəlxalq təcridinə son qoymaq və cəmiyyətdə açıqlıq vədləri ilə seçkilərdə qələbə əldə etmişdi.


İkinci dəfə prezident seçilmək istəyən Ruhaninin əsas rəqibləri sərt xətt tərəfdarı namizədlərdir.


İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Namizədlərdən heç biri səsvermədə səslərin 50 faizini toplaya bilməsə, qalib bundan bir həftə sonra seçkilərin ikinci raundunda müəyyən olunacaq.amerikaninsesi.org


Qarabaq.info