Qarabaq.info » Dünya » ABŞ Azərbaycana maddi yardımı azaltmağı planlaşdırır


ABŞ Azərbaycana maddi yardımı azaltmağı planlaşdırır

 

ABŞ bir neçə ölkəyə göstərdiyi maddi yardımı azaltmağı planlaşdırır.


ABŞ-da 1 oktyabr 2018-ci il tarixindən başlayacaq iqtisadi plana əsasən, bir çox ölkələrə göstərilən maddi yardımın məbləği azaldılacaq.


Yardımın azaldılması ABŞ prezidenti Donald Trampın "Birinci növbədə Amerika” şüarına əsasən həyata keçirilir. Ötən il ABŞ dövlət Departamenti inkişaf etməkdə olan ölkələrə 16 milyon 960 min 396 dollar yardım ayırıb. Bu məbləğin 30, 8 faiz, yəni 11 milyon, 741 min, 150 dollara qədər azaldılması planlaşdırılır. Xüsusuilə, Ukraynaya ayrılan yardım 68,8 faiz, yəni 570,9 min dollardan 117,8 min dollara qədər azaldılacaq.


Yardımların azaldılması Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan və Kubaya da aid edilir. MİA.az