Misir arxeoloqları 3500 il bundan əvvələ aid mumiyalar aşkar edib
19 aprel 2017 19:22
Baxış Sayı: 762,
Müəllif: Qarabaqinfo
Çap Et
Misirdə arxeoloqlar 3500 il bundan əvvələ aid heykəllər, tabutlar və mumiyalar aşkar edib. Məqbərə Luksor məbədi yaxınlığında, Nil çayının qərb sahilində yerləşən Krallar Vadisindən çox da uzaq olmayan yerdə aşkar edilib. Məqbərənin bizim eradan təxminən 1000-1500 il əvvəl hakim üçün tikildiyi ehtimal edilir. Qədim Abidələr Nazirliyinə istinadən məqbərə iki dəhlizə aparan meydandan ibarətdir. Dəhlizlərdən birində dörd rəngarəng tabut, digərində isə altı tabut var. Associated Press agentliyinə istinadən arxeoloji qazıntılara rəhbərlik edən Mustafa Əl-Vəziri deyib ki, digər ərazidə bundan əvvəl hakimiyyətdə olan sülaləyə məxsus kral ailəsini əks etdirilən heykəllər tapılıb. Daha da çox mumiya daxil olmaqla ərazidə bundan artıq tapıntıların aşkar ediləcəyi ehtimal edilir. amerikaninsesi.org |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|