İsrail Fələstində yaşayış məskənlərinin leqallaşdırılmasına dair qanun qəbul edib
07 fevral 2017 09:47
Baxış Sayı: 787,
Müəllif: Qarabaqinfo
Çap Et
İsrail parlamenti işğal olunmuş İordan çayının qərb sahilində qeyri-qanuni inşa edilmiş 4 minədək evin leqallaşdırılmasına dair qanun qəbul edib.
Qarabaq.info APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin lehinə 60, əleyhinə 52 deputat səs verib.
Sənədə əsasən, bundan əvvəl torpaqlara sahib olan fələstinlilərə kompensasiya kimi pul və yaxud digər torpaq sahələri ayırılacaq. Qanun cəmiyyətdə birmənalı qarşılanmayıb və çox güman ki, məhkəmə mübahisəsinə səbəb olacaq. Belə ki, İsrailin baş prokuroru Avixay Mandelbit qətnaməni qeyri-konstitusion adlandırıb, onu Ali Məhkəmədə müdafiə etməyəcəyini bəyan edib.
Qeyd edək ki, bundan əvvəl İsrail hökuməti İordan çayının qərb sahilində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib. 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|