Qarabaq.info » Dünya » Prezident Tramp: Əsəd köməksiz adamları boğub


Prezident Tramp: Əsəd köməksiz adamları boğub

 

ABŞ Prezidenti Donald Tramp millətə müraciət edir

Suriyadakı hədəflərə endirilən kruiz raket zərbələrinin ardınca ABŞ Prezidenti Donald Tramp Amerika xalqına müraciətlə çıxış edib.


Suriya prezidenti Bəşar əl-Əsədin günahsız mülki vətəndaşlarıa qarşı “dəhşətli kimyəvi silahlarla” hücum etdiyini vurğulayan prezident "Suriya diktatorunun" öz xalqına qarşı əməllərini kəskin pisləyib.


 

Kimyəvi hücum qurbanları yerdə uzanıb. Xan Şeyxun, İdlib vilayəti, Suriya, 4 aprel, 2017.


“Ölümcül əsəb qazından istifadə edən Əsəd günahsız kişi, qadın, və uşaqların canlarını boğaraq alıb,” Donald Tramp bildirib. “Mən bu gün kimyəvi hücumların qaynaqlandığı hava bazasını vurmaq əmri vermişəm.”


Prezident Tramp bəyan edib ki, kimyəvi silahlardan istifadə və onun yayılması ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir və bunun qarşısını almaq Vaşinqtonun borcudur.


ABŞ lideri Suriya rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının və Kimyəvi Silahlar üzrə Konvensiyanın müddəalarını kobud şəkildə pozduğunu önə çəkib.


Ümid edirik ki, nə qədər ki, Amerikada ədalət urunda çarpışır, sonda sülh və harmoniya bərqərar olacaq.

O, habelə Əsədi regionda sabitliyi pozmaqda, qaçqın böhranını dərinləşdirməkdə ittiham edib.


“Biz bu qayğılı dünyamızda üzləşdiyimiz sınaqlara sinə gərmək üçün Tanrıdan idrak umuruq,” Tramp bildirib. “Mən bütün sivil dünyanı Suriyada qan-qadaya son qoymaq üçün bizim səylərə qoşulmağa çağırıram.”


“Ümid edirik ki, nə qədər ki, Amerika ədalət urunda çarpışır, sonda sülh və harmoniya bərqərar olacaq,” ABŞ Prezidenti bəyan edib.


Donald Tramp əvvəlki bəyanatlarında aydın edib ki, kimyəvi hücum qurbanlarınn televiziyadakı görüntüləri onda dərin iz buxarıb. amerikaninsesi.org


Qarabaq.info