Qarabaq.info » Cəmiyyət » 26 rayonda müəllimlərin qiymətləndirilməsinə başlanılıb


26 rayonda müəllimlərin qiymətləndirilməsinə başlanılıb


 
Bu gündən Azərbaycanın 26 rayonunda çalışam müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Qarabaq.info istiqlal.az istinat. Təhsil Nazirliyindən verilən məlumata görə, ilk olaraq 21-23 noyabr tarixlərində Qubada Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.


 Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərdən şəxsiyyət vəsiqəsinin əslini təqdim etmək tələb olunur.