Qarabaq.info » Sosial » Nazirlik: Təhsil müəssisələri rəhbərlərinin əksəriyyəti qadındır


Nazirlik: Təhsil müəssisələri rəhbərlərinin əksəriyyəti qadındır

"Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinin rəhbərlərinin əksəriyyəti qadındır".

 Qarabaq.info APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Haciyeva bildirib. İdarə rəisi deyib ki, ali təhsil müəssisələrində 4 rektor, 12 prorektor, orta ixtisas təhsili müəssisələrində 7 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsili müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1202 (26,5 %) məktəb direktoru qadındır.

 

 

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət etmiş 31779 nəfərdən 23411-i qadın olub ki, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib. 

 

Bildirilib ki, elm sahəsində də qadınların sayı ilbəil artır, 2070 nəfər doktorantdan 1052 nəfəri qadındır.

 

Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan 57-nin qadın olduğu açıqlanıb. apa.