Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
12 oktyabr 2017 11:26
Baxış Sayı: 865,
Müəllif: Qarabaqinfo
Çap Et
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər. |
Bu xəbəri dostlarınla paylaş:





















Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar “Qızıl Aypara Cəmiyyətinin” Cəbrayıl rayon bölməsində ehtiyacı olanlara humanitar yardım paylanıldı
