Dogru.Tv > Araşdırma > Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək


Tarix: 12-10-2017, 11:26. Müəllif: Qarabaqinfo
 
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.



Geri Qayıt