Bunu davamlı iqtisadi tənəzzül şərtləndirib
18 may 2017 19:03
Baxış Sayı: 802,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan orta gəlir tələsinə düşüb. Bunu davamlı iqtisadi tənəzzül şərtləndirib. Ölkədə makro-iqtisadi sabitlik təmin olunmayınca ayrıca olaraq nə bank-maliyyə bölməsində, nə sərmayə qoyuluşunda canlanma, nə də ki, ölkə əhalisinin sosial durumunda yaxşılaşma gözləməyə dəymir. İqtisadiyyatda dəyər zəncirlərinin əhəmiyyətli rolu bu məsələyə kompleks yanaşmanı tələb edir. Odur ki, hazırkı hakimiyyətin qarşısında duran həlli vacib məsələ 2016-cı ildən qərarlaşmış eniş tendensiyasını dayandırmaq, pozitiv nəticələr təqdim etməklə ümumi situasiyanı dəyişməkdir. Amma, artıq ikinci ildir ki, iqtisadiyyatda davam edən tənəzzül getdikcə dərinləşir və real sektorda daha çox mənfi izlər buraxır. Belə ki, cari ilin 4 ayının yekunlarına görə milli sənaye istehsalında məhsul buraxılışı 2016-сı ilin yanvar-aprel aylarına nisbətən 6 faiz azalıb. Sənayedə tənəzzülün dərinləşməsinin başlıca səbəbi mədənçıxarma sahəsində istehsalın 10 faizə qədər azalması ilə izah oluna bilər. Bu isə Azərbaycan iqtisadiyyatının hətta neft qiymətlərinin aşağı səviyyəsində belə yenə də mədən hasilatı sənayesindən asılı vəziyyətdə olduğunu göstərir.
Qubad İbadoğlu, Qarabaq.info |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|