Banklarda dollar qalxdı
08 may 2017 13:37
Baxış Sayı: 832,
Müəllif: Qarabaqinfo
Çap Et
Bazar ertəsi günü banklarda Dolların qalxdığı müşahidə olunur. “Marja” xəbər verir ki, ötən cümə günü ilə müqayisədə bu gün səhər bir sıra banklarda Dolların alış və satış qiymətləri artıb. Məsələn, Amrahbank alışı 1.68 manatdan 1.6820 manata, satışı isə 1.69 manatdan 1.6920 manata, Bank Respublika alışı 1.64 manatdan 1.66 manata, satışı isə 1.7050 manatda saxlayıb. GünayBank alışı 1.6780 manatdan 1.68 manata, satışı 1.6880 manatdan 1.69 manata, Muğanbank alışı 1.67 manatdan 1.68 manata, satışı 1.7080 manatdan 1.71 manata, NikoilBank alışı 1.66 manatdan 1.67 manata, satışı 1.7050 manatdan 1.71 manata, Bank of Baku alışı 1.6650 manatdan 1.6750 manata qaldırıb. “QARA BAZARDA” DA QALXIB “Qara bazar”da dollar yeni iş həftəsinə bahalaşma ilə başlayıb. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumatlara əsasən, may ayının 8-də səhər saatlarında dolların alışı 1.6700 manat, satışı isə 1.6900 manat olaraq qalıb. Qeyd edək ki, ötən həftə sonu “qara bazar”da ABŞ valyutası 1.6700 manata alınıb, 1.6800 manata satılırdı.istiqlal.az |
Bu xəbəri dostlarınla paylaş: