Bu, çıxış yolu deyil - Nazir
29 oktyabr 2016 22:55
Baxış Sayı: 848,
Müəllif: Qarabaqinfo
Çap Et
Oktyabrın 29-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-OPEK ölkələrinin yüksək səviyyəli komitəsinin iclası keçirilib. Qeyri-OPEK ölkələrindən Azərbaycan, Rusiya, Qazaxıstan, Meksikanın təmsil olunduğu iclasın əsas məqsədi neft hasilatının məhdudlaşdırılmasına dair OPEK ölkələri arasında bu ilin sentyabr ayında bağlanmış Əlcəzair sazişinin həyata keçirilməsinə dair qeyri-OPEK ölkələri ilə məsləhətləşmələrin aparılması olub.
Qarabaq.info Axar.az xəbər verir ki, Azərbaycanın energetika naziri Natiq Əliyev iclasın həmsədri seçilib.
İclasda dünya iqtisadiyyatının inkişaf tendensiyaları və müxtəlif iqtisadi proseslərin yaranma səbəbləri, dünya bazarlarında neftin qiymətinin iqtisadi inkişafa təsir imkanları, bununla bağlı OPEK ölkələrinin 2017-ci ildə görməli olduğu cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qeyri-OPEK ölkələrinin yaxın gələcəkdə neft hasilatında payının nə qədər ola biləcəyi məsələsinə də diqqət yetirilib.
İclasın ümumi nəticələrini müsbət qiymətləndirən Natiq Əliyev AzərTac-ın müxbirinə bildirib ki, müzakirələrdə Əlcəzair razılaşması ilə yanaşı, digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. O deyib: “Biz qeyd etdik ki, hasilatın dondurulması və ya azaldılması hazırkı vəziyyətdə çıxış yolu ola bilməz, bununla bağlı kompleks tədbirlər planı işlənib hazırlanmalıdır. Eyni zamanda, hasilatın aşağı salınmasının göstərəcəyi təsir və bunun hansı müddətə tətbiq olunması müəyyən edilməlidir. Belə bir qərar qəbul edilərsə, onun idarəetmə mexanizmi işlənib hazırlanmalıdır”.
Nazir qeyd edib ki, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılmalıdır. Buna görə də texniki ekspertlər qrupunun noyabrın 26-da keçiriləcək növbəti görüşədək bu suallar üzərində işləməsi razılaşdırıldı.
İclas çərçivəsində Azərbaycanın energetika naziri Natiq Əliyev və OPEK-in baş katibi Məhəmməd Barkindo arasında görüş keçirilib. Görüşdə həm OPEK, həm də qeyri-OPEK ölkələrinin oxşar çağırışlarla üz-üzə olduğu qeyd edilib, birgə çıxış yollarının araşdırılmasının vacibliyi vurğulanıb. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|