Milli Məclisin deputatı, AzQAC-nin prezidenti cənab Novruz Aslanov növbəti humanitar yardımlarını etdi
19 may 2020 17:17
Baxış Sayı: 1 109,
Müəllif: Qarabaqinfo
Çap Et
Qarabaq.info Xəbər verdiyimiz kimi millət vəkili Novruz Aslanov xüsusi rejimli karantin dövründə öz seçicilıri ilə telefon vasitəsilə əlaqə saxlayır. Nəzərə alsaq ki, İsmayıllı rayonundainternetdən istifadə edə bilməyən və ya belə bir imkanı olmayan sakinlərvardır, bu baxımdan telefon vasitəsilə əlaqə qurmaq ən optimal variant kimiseçilmişdir. Hər həftənin dördüncü günü Novruz Aslanovun sakinlərə elan edilən telefon nömrəsinə onlarla zəng gəlir və seçicilər bir başa deputatın özü ilə əlaqə qurur. Bu yolla qeydə alınan müraciətlərə əsasən millət vəkili mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atır. May ayının 15-də Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Ona ərzaq yardımı ilə bağlı müraciət edən sakinlərin qapısında, onlara zəruri qida məhsulları ilə yardımlar edib. Belə yardımların daim edilməsinə baxmayaraq, xüsusi karantin rejimindəəsas resurslar bu istiqamətə yönəldilmiş və daha çox ailəni əhatə etmişdir. Deputat bir neçə saat ərzində təxminən 8-10 ailəyə özü yardım paylayır, lakin həftə ərzində belə yardımlar deputatın köməkçisi və AzQAC-ın İsmayıllı rayon bölməsinin əməkdaşları tərəfindən paylanılır. Novruz Aslanov olduğu ailələrdə karantin rejiminin yumşaldılmasına baxmayaraq, tətbiq olunan mədudiyyətlərə və qərarlara riayət etmələrini onlara tövsiyə edir. Əlavə olaraq bildirək ki, belə humanitar kampaniyalar davamlı olaraq həyata keçiriləcək.QARABAQ.İNFO |
Bu xəbəri dostlarınla paylaş: