Qarabaq.info » Sosial » Yaxın vaxtlarda əhali Cocuq Mərcanlıya köçürüləcək


Yaxın vaxtlarda əhali Cocuq Mərcanlıya köçürüləcək

  
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində bərpa işləri yekunlaşmaq üzrədir. 

Qarabaq.info BakuPost.az istinadən xəbər verir ki, bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

 
K.Həsənov bildirib ki, bərpa işləri yekunlaşıb: "Qısa zamanda işlər tam başa çatdırılacaq və əhalinin kəndə köçürülməsi prosesinə başlanılacaq".

İcra başçısı əlavə edib ki, kəndə qayıtmaq istəyənlərin sayı çoxdur: "Kənd əhalisindən çoxlu sayda həm yazılı, həm də şifahi müraciətlər alırıq. Məlum olduğu kimi, ilkin olaraq 50 ailə köçürüləcək. Gələcəkdə yeni evlər tikiləndə digər ailələrin də kəndə qayıtması təmin olunacaq".

Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.


 
 

Qarabaq.info