“Qırmızı kitab”a daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi qaydası müəyyənləşib
07 iyun 2017 12:08
Baxış Sayı: 884,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası müəyyənləşdirilib.
Qarabaq.info APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu balıq və digər su bioresurslarının qorunması, onların populyasıyasının vəziyyətinə monitorinqin həyata keçirilməsi, onların süni artırılmasının və iqlimləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilir. Qırmızı Kitaba daxil edilmiş balıq və digər su bioresurslarının ovu müddətləri və üsulları onların ovunun məqsədinə müvafiq olaraq müəyyən edilir, bu balıq və digər su bioresurslarının təbii populyasiyalarına və onların məskunlaşdığı mühitə zərər vurmamalıdır. Qırmızı Kitaba daxil edilmiş balıq və digər su bioresurslarının ovu zamanı istifadə olunan ov alətləri və üsullarının düzgün seçilməsi təmin edilməli, dəniz məməlilərinin diri şəkildə ovu zamanı isə onlara fiziki və psixi travmaların vurulması imkanları azaldılmalıdır.
Qırmızı Kitaba daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Ovun nəticələri barədə aktlar balıq və digər su bioresurslarının ovunun həyata keçirildiyi tarixdən 2 aydan gec olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|