Qarabaq.info » Sosial » Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədrindən cağrış İnsafınız olsun


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədrindən cağrış İnsafınız olsun

 

Azneft İB-nin Baş direktoru cənab Daşqın İsgəndərov! 

Qarabaq.info xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səyfəsinə istinadən.

İnsafınız olsun ! O qədər bütün günü boş bekar kompüterdə oyun oynayan qohum əqraba var ki, birinə tapşıra bilməzsiniz ki, bir şəbəkə yaradıb, işçilərə mesaj göndərsin? İşçi yazır.

 Təsəvvür edin evdən işe çixan günü neçə dəfələrlə olub ki ,ağır sumkanı limana qədər daşıyıb, ordan isə bizi geri qaytarıblar ki, bu gün küləyə görə gəmi olmayacaq . Hetta bir dəfə yadımdadı ki, bizi iki gün dalbadal həmin ağır sumka ilə evə qaytardılar . Evdən də nə qədər məsafə var limana. İçərimizdə rayondan gələnlər də var. Yalnız 3-cü dəfə gəmi yola salındı.

Axı biz 21-ci əsrdə yaşayırıq. Yəni bir nəfər işçi ayıra bilmirlər ki, işçilərə mesaj göndərib ,xəbərdarlıq etsinlər ki, gəmi olacaq ya yox. Onlar da evdən nə qədər yol qət edib limana gedib qayitmasinlar? Nəzərə alın ki, dəniz limanına getmək üçün şirkət işçiləri nəqliyyatla təmin etmir.

Qarabaq.info