İdarəçilik sistemində yeni siyasət - 1-ci vitse-prezident Mehriban Əliyeva açıqladı
03 mart 2017 12:06
Baxış Sayı: 832,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Birinci vitse-prezidentin müxalifətin tənqidlərinə rəğmən “mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram”, sözləri idarəçilikdə yeni sistemin tətbiqi kimi dəstəklənir
“Etiraf edim ki, çox orijinal, olduqca maraqlı, demokratik, çox fərqli, cəmiyyət üçün açıq olan səmimi fikirlər idi. Hər bir suala verilən cavablar ağıllı mühakimələr, uzun illərdən bəri toplanmış təcrübədən irəli gələn fikirlər olmaqla yanaşı, fəaliyyətini necə quracağının yığcam və mükəmməl konseptual inikası idi. Həmin fikirlər 1-ci vitse-prezidentin baxışlar sistemini ifadə etdi. Bir daha sübut olundu ki, cənab prezidentin təyinatı çox uğurludur. Bir vətəndaş kimi gözləntilərimdən ən mühümü dövlətimizin daha güclənməsi, onun beynəlxalq nüfuzunun daha da artması, vətəndaş cəmiyyətinin daha geniş miqyas və xarakter alması, ölkəmizin indi olduğundan daha yüksək pillədə olmasıdır. Bu, hesab edirəm ki, təkcə mənim yox, dövlətinə, xalqına bağlı olan hər bir vətəndaşın mövqeyidir. Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident təyin olunması Azərbaycan idarəçilik sistemində vətəndaş-məmur münasibətlərində yeni çalarlar yaradacaq. Bu münasibətlərin daha yüksək səviyyədə qurulması, inkişafı üçün impulslar doğuracaq. İndiyə qədər Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətində xalqına son dərəcə bağlılığı, dövlətinə, insanlara xidməti hər şeydən üstün tutması diqqəti cəlb edib. Mehriban Əliyeva xeyirxahlığı idarəçilik sisteminə gətirməklə bir məmur-vətəndaş münasibətlərinə yeni keyfiyyətlər əlavə edəcək. Ortalığa çıxan problemlərin ətrafında cəmiyyətdə gedən müzakirələrə anlaşıqlı yanaşaraq, onu düzgün qiymətləndirərək problemlərin həlli üçün addımların atılmasının vacibliyinin dilə gətirilməsi sübut edir ki, məhz Mehriban xanım bu cür yanaşma ilə Azərbaycan idarəçiliyinə tam yeni bir nəfəs gətirəcək”. ![]() “Çünki obyektiv tənqidlərdə əksini tapan məsələlərin həlli şübhəsiz ki, ölkənin, xalqın, hakimiyyətin xeyrinədir, inkişafa xidmət edir. Ona görə də əgər müxalifətin özü də qərəzdən uzaq obyektiv tənqidi fikirlərini dövlətçiliyin inkişafı baxımından ortalığa qoyursa və artıq bu ümumiləşdirilərək dövlətin rəhbərliyinin fəaliyyətində də əsas götürülürsə, çox gözəldir. Bir sözlə, mən Mehriban xanım Əliyevanın Azərbaycan idarəçiliyinə yeni nəfəs, yeni ruh gətirməsinə qətiyyən şübhə etmirəm. Tamamilə əminəm ki, biz bu yeni nəfəsin, yeni ruhun qısa zaman kəsiyində konkret nəticələrini görəcəyik. Çox arzulayardım ki, müxalifət də öz fəaliyyətində qərəzdən uzaq, səmimi, gördükləri çatışmayan cəhətləri obyektiv sağlam formada önə çəksin. Bu da cəmiyyətin inkişafına xidmət demək olardı”. ![]() Müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, müxalifət olaraq onlar da hər zaman istəyib ki, hakimiyyət nümayəndələri bütövlükdə müxalifət tərəfindən səsləndirilən obyektiv tənqidləri süngü ilə qarşılamasınlar. Obyektiv tənqidlərə problemləri həll etməklə cavab verilsin: “Problemlər təkcə bir sahə ilə və ya fərdlərin tənqidi ilə bağlı deyil. Bu həm də bütövlükdə problemlərin özü ilə bağlıdır. Əgər aradan qaldırılacaqsa, yeni münasibətlər sisteminə keçiləcəksə, bu, Azərbaycanın xeyrinə olacaq. Biz də onu istəyirik ki, cəmiyyətdəki problemlərin həlli istiqamətində hakimiyyət ciddi addımlar atsın. Hətta gərəkilərsə, bu problemlərin həlli naminə müxalifətə müraciət olarsa, müxalifət də öz dəstəyini verməyə hər zaman hazırdır. Amma təəssüf ki, indiyə qədər hakimiyyət bu addımları atmayıb. Növbəti mərhələdə bu addımlar atılacaqsa, problemlərin həlli istiqamətində səy göstəriləcəksə, barış, dialoq çərçivəsində Azərbaycanın problemlərdən azad olunmasına çalışılacaqsa, bu, alqışlanmalı və yanında durulmalı, dəstək verilməli məsələdir. Bu cür yeni münasibətlər sistemi qurulacaqsa, bu, çox uğurlu sistem olar. Biz Azərbaycanın kataklizmlər dövrünə qədəm qoymasını istəmirik. Biz də istəmirik ki, Azərbaycanda problemlər olsun. İstəyirik ki, problemlər həll olunsun. Bu istiqamətdə də siyasi institut kimi üzərimizə düşən vəzifəni hər zaman yerinə yetirməyə çalışmışıq, bundan sonra daha çox çalışacağıq”.
|
loading...
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|