Qarabaq.info » Siyasət » Azərbaycan səfiri Gürcüstanın elm və təhsil naziri ilə görüşüb


Azərbaycan səfiri Gürcüstanın elm və təhsil naziri ilə görüşüb

 

Fevralın 6-da Gürcüstanın Elm və Təhsil Naziri Aleksandr Cecelava Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovu qəbul edib.

 

Qarabaq.info APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir A. Cecelava səfir D. Həsənovu Gürcüstana səfir təyin olunması münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Gürcüstanın əsrlər boyu iki dost və qardaş ölkə olduğunu vurğulayaraq gələcəkdə də xalqlarımızın mehriban qonşuluq siyasətində yaşayacaqlarına ümid bəslədiyini bildirib. 

 

Səfir Dursun Həsənov ölkəmizlə bağlı səsləndirilən xoş sözlərə görə nazirə təşəkkürünü bildirərək, öncə  Gürcüstan hökumətini və xalqını Avropa Komissiyasının Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə əldə etdikləri nailiyyətlərinə görə təbrik edib. Sonra səfir Dursun Həsənov Azərbaycanın Təhsil Nazirinin salamlarını Nazir Cecelavaya çatdırıb. Tərəflər ölkələrimiz arasındakı elm və təhsil sahəsində olan cari məsələləri müzakirə ediblər.

 

Səfir Dursun Həsənov  səmimi  görüşə görə Gürcüstanın Elm və Təhsil Naziri Aleksandr Cecelavaya öz təşəkkürünü bildirərək,  ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafı yönündə mütəmadi olaraq bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu qeyd edib.