Qarabaq.info » Siyasət » Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti 2017-ci ilin sonunda keçiriləcək


Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti 2017-ci ilin sonunda keçiriləcək

 

Avropa İttifaqının növbəti “Şərq Tərəfdaşlığı” sammiti 2017-ci ilin sonunda keçiriləcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndəsi deyib.

 

O, tədbirin Brüsseldə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab verməyib.

 

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.