Lukaşenko Əliyevlə görüşəcəyi tarixi açıqladı
28 oktyabr 2016 18:21
Baxış Sayı: 674,
Müəllif: Qarabaqinfo
Çap Et
Mən dostum İlham Əliyevlə noyabrın 28-də görüşmək barədə razılaşmışam.Qarabaq.info Axar.az xəbər verir ki, bunu Minskdə Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. O, Azərbaycan prezidenti ilə bir sıra problemləri ciddi müzakirə edəcəyini bildirib: “Hər şeydən öncə sizin hakimiyyətin Azərbaycanda imtahandan uğurla çıxmağına görə təbrik edirəm. Bu imtahan referendumdur. Onun nəticələri Azərbaycan xalqının elə də asan olmayan zamanda hakimiyyətə münasibətinin ən yaxşı göstəricisidir. Bu böyük qələbədir və mən bilirəm ki, bu, dünyada necə dəyərləndirilib. Sizin ölkənin imici həddən artıq yüksəldi. Biz dostum Əliyevlə noyabrın 28-29-da görüşmək barədə razılaşmışıq. Heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”. Musavat.com |
Bu xəbəri dostlarınla paylaş: