Qarabaq.info » Siyasət » Prezident İlham Əliyev: “Bilirsiniz, pul çox olanda...”


Prezident İlham Əliyev: “Bilirsiniz, pul çox olanda...”

Hazırda Azərbaycanın əsas vəzifəsi ixracı şaxələndirmək və milli məhsulları xarici bazarlara çıxarmaq, bununla da neftin ucuzlaşması nəticəsində üzləşdiyi valyuta itkilərinin yerini doldurmaqdır.
 Qarabaq.info Virtualaz.org istinad xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib. Kiselyov oktyabrın 17-də Bakıda İlham Əliyevdən müsahibə alıb, agentlik müsahibədən fraqmanetləri az əvvəl yaymağa başlayıb.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2017-ci il büdcəsində neftin qiymətini 40 dollardan götürüb və qiymətin bundan aşağı düşəcəyini ehtimal etmir. “Bu il biz büdcədə nefti 25 dollardan götürmüşdük və nəticədə ili profisitlə başa vururuq. Hesab edirik ki, 40 dollardan aşağı düşməz. Ona görə də neftin indiki qiymətləri bizə hansısa əlavə çətinliklər yaratmayacaq. Yeganə budur ki, biz dövlət investisiya xərclərini ixtisar etməli olmuşuq”-prezident deyib.

İlham Əliyevin sözlərinə görə, ola bilsin bu, həm də yaxşıdır. “Çünki həddən çox investisiya həddən çox tələbat deməkdir. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından da çoxlu sifarişlər daxil olur. Ona görə də neft qiymətləri ilə bağlı bu böhran bizi hətta bir az ayıltdı, göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz də elə bunu edirik”-prezident bildirib. Müsavat.com