Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına və imzasının maşınların şüşəsinə vurulmasına etiraz edib
14 oktyabr 2016 13:35
Baxış Sayı: 702,
Müəllif: Qarabaqinfo
Çap Et
“Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir və bu, narahatlıq doğurur”.
Qarabaq.info APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib.
E. Axundova bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əlyievin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib: "Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”. apa. |
Bu xəbəri dostlarınla paylaş: