BMT-nin Baş Assambleyasının növbəti toplantısının açılışı olacaq
11 sentyabr 2017 14:35
Baxış Sayı: 781,
Müəllif: Qarabaqinfo
Çap Et
Sentyabrın 12-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının növbəti toplantısının açılışı olacaq. Assambleyada əsas debatlar sentyabrın 19-da başlanacaq. Həmin gün prezident Trump-ın 193 üzvü olan təşkilata müraciət edəcəyi gözlənilir. Bundan bir gün əvvəl Trump BMT-nin Nyu-Yorkdakı qərargahında qonaqları qarşılayacaq. Azərbaycanın bu tədbirə gedən nümayəndə heyətinə çox güman ki, xarici işlər naziri başçılıq edəcək. Görünən ki, prezident Ilham Əliyevin bu vacib tədbirdə iştirakı nəzərdə tutulmayıb. Məlumat üçün qeyd edim ki, Rusiya prezidenti Vladimir Putin də bu toplantıda iştirakdan imtina edib. Hesab edirəm ki, Arakan əyalətində müsəlman azlığa zorakılıq tətbiq edən Myanma hakimiyyətinə beynəlxalq hüquq və insan haqları konvensiyalarından irəli gələn öhdəliklərə əməl etmək üçün , eləcə də ermənilərin Qarabağdakı işğalçı siyasətinə qarşı birgə mövqe qoymaq iqtidarı olmayan İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edib vaxt itirməkdən daha önəmlisi BMT-nin Baş Assambleyasının illik toplantısına qatılmaq olardı. Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədrinin, facebook səhifəsinə istinadən. Qarabaq.info |
Bu xəbəri dostlarınla paylaş: