Qarabaq.info » Ölkə içi » DİN hərəkətə keçdi: Sabaha ciddi hazırlıq görülür


DİN hərəkətə keçdi: Sabaha ciddi hazırlıq görülür

 

Roma Papası II Fransiskin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
 

Qarabaq.info Axar.az fins.az-a istinadən bildirir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat verib.


Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirlərinə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları rəhbərlik etsələr də, prosesə əlavə polis qüvvələri cəlb olunacaq. Bu, ən üst dərəcəli təhlükəsizlik tədbiri olacaq.

 

Bir günlük səfər zamanı Papanın gedəcəyi məkanlar nəzarət altında saxlanılacaq, müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
 

Qeyd edək ki, Roma Papasının səfəri zamanı Azərbaycan prezidenti ilə görüşü də nəzərdə tutulur.