Hərbi Dəniz Qüvvələrində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” seminarı keçirilir
28 noyabr 2017 12:04
Baxış Sayı: 845,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir. Qarabaq.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək. |
Bu xəbəri dostlarınla paylaş: