Qarabaq.info » Ölkə içi » "Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzi"nin Bərdə filialının fəaliyyətinin bir iliyi qeyd olunub


"Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzi"nin Bərdə filialının fəaliyyətinin bir iliyi qeyd olunub



Yeni uğurlar


Əsası 2006-cı ildə Xavər Abdullayeva tərəfindən qoyulan "Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzi"nin Bərdə filialının fəaliyyətinin bir ili tamam olub.

Mərkəzin rəhbər və işçi heyəti bu münasibətlə keçirirlən tədbirdə iştirak edib. Bərdə filialının rəhbəri Günay Hüseynova bir il öncəyə nəzər salıb. Bildirib ki, bu müddətdə Bərdədə və ona yaxın bölgələrdə bir çox uşaqlara şəfa veriblər.


“Müəyyən səbəblərdən valideyn övladını Bakıya gətirib, müalicə müddətində uzun zaman evindən uzaqda başa vura bilmir. Bu isə uşağın zamanında sağlamlığına qovuşmasına maneə yaradır. Ölkəmizə sağlam övladlar bəxş etmək məqsədi ilə filialların sayını artırmağı zəruri bilirik. Bunun başlanğıcı olaraq, Bərdə və Füzuli filialımızı açmışıq”.


Psixoloji Mərkəzin rəhbəri Xavər Abdullayeva bölgədəki filialların sayını genişləndirildiyini bildirib.


“Yaxın vaxtlarda Şəmkir filialımızın açılışı nəzərdə tutulub. Bizim məqsədimiz qüsurlu uşaqları dərmanlarla deyil, mütəxəssislərin köməyi ilə təbii yollarla müalicə etməkdir. Bununla yanaşı mərkəzin mütəxəssisləri hər həftə qüsurlu uşaqların olduğu məkanlarda təlimlər keçirlər. Artıq Türkiyədən bir sıra dəvətlər almışıq. Heyətimiz təəcrbələrini qonşu ölkənin mütəxəssisləri ilə bölüşür. Məqsədimiz övladlarımızı cəmiyyətə sağlam bəxş etməkdir. Bu məqsədlə, ilk dəfə olaraq nəfəs diafraqmasınına müsbət təsir göstərən kəkələmə üzrə "Abiliton" aparatını Azərbaycana gətirmişik.


Tədbirdə Bərdənin bir sıra rəsmi nümayəndələri iştirak edib. Eyni zamanda “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və qurumun müavini Aydın Qasımov, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı və başqaları çıxış edib. Sonda filialın mütəxəssisləri tərəfindən sağlamlığına qovuşan uşaqların əvvəlki və indiki vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Bu işdə əməkdaşların əməyi yüksək qiymətləndirirlib.

Arzu Rəhimov

 
Qarabaq.info