MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib
15 mart 2017 21:24
Baxış Sayı: 769,
Müəllif: Qarabaqinfo
Çap Et
Martın 15-də Azərbaycan Respublikasını Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. Komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar. İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfrans da keçirilib. Qarabaq.info-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiyə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. |
Bu xəbəri dostlarınla paylaş: