“MTN işi”ndə adı keçən qadın həbsxanada ölüb
12 dekabr 2016 16:02
Baxış Sayı: 771,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib. Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib. Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub. Onu da qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyiləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb. (APA) |
Bu xəbəri dostlarınla paylaş: