Azərbaycanda ilanlar kəndə hücum etdi (FOTOLAR)
29 oktyabr 2016 23:23
Baxış Sayı: 826,
Müəllif: Qarabaqinfo
Çap Et
İsmayıllı rayonunda torpağın altından sürü halında çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub. Qarabaq.info APA-nın xəbərinə görə, rayonun Kürdmaşı kəndindəki dağ yamacında peyda olan ilanları ilk dəfə kənd sakinləri görüblər. Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarasının örüş sahəsi olduğundan bu hal onlar üçün çətinlik yaradır. İlanlara artıq kənddə də rast gəlinir. Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər. Kənd sakinlərinin dediyinə görə, ilanların uzunluğu 1.5 və 2 metrdir. Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın üstünə çıxması təəccüb doğurub. Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində ara-sıra ilanlar görünməsi normal hal olsa da, soyuq havada zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır. publika.az |
loading...
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
Saytı bəyənirsinizmi?
|
Bu xəbəri dostlarınla paylaş:
|





















“Vətən uğrunda – Qəhramanlıq salnaməsi” layihəsi uğurla icra olundu.



