Təqsirləndirilən şəxs: “”Qızıl Məryəm”in qətlini bizə qızı sifariş vermişdi”
30 sentyabr 2016 17:26
Baxış Sayı: 799,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Qarabaq.info APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən C.Əsgərov ifadə verib.
O, qətili digər təqsirləndirilən G.Hüseynovanın sifarişi ilə törətdiyini bildirib: "Günel mənə pul və maşın vəd etmişdi, lakin o, vədinə əməl etmədi".
Daha sonra məhkəmə iclasında şahidlər dindirilib.
Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.
|
loading...
« Sentyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|