Əliyev Netanyahu ilə görüşdə İrəvana mesaj verdi
14 dekabr 2016 18:44
Baxış Sayı: 743,
Müəllif: Qarabaqinfo
Çap Et
Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu oldu. Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İsraillə geniş əlaqələr Azərbaycanın dövlət maraqlarına xidmət edir: “Netanyahunun Bakı səfəri iki mühüm amillə yadda qaldı. Birincisi, Azərbaycan prezidenti iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində, bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İkincisi, İsrailin öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyi iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək”. Politoloq İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyətini də urğulayıb: “Azərbaycanın erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə, başqa sözlə desək, dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var”. Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycanda səfərdə olub. Bu, İsrail baş nazirinin 1997-ci ildən bu yana ilk səfəridir. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|