Qarabaq.info » Gündəm » Nümayəndəlik institunun ləğvi ilə əlaqədar NHMT hüquqşünasın şərhi


Nümayəndəlik institunun ləğvi ilə əlaqədar NHMT hüquqşünasın şərhi


Nümayəndəlik institunun ləğvi ilə əlaqədar NHMT hüquqşünası Azər Quliyevin şərhi;

Qarabaq.info  bu məlumatı  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri  Mirvari Qəhrəmanlının  facebook səhifəsinə istinadən bildrir ki, Milli Məclisin Mətbuat xidmətinin məlumatına əsasən, Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi və Nümayəndəlik institunun ləğv edilməsi barədə Ali Məhkəmənin parlamentə ünvanlandığı layihədə məqsəd, məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır. Layihədə qeyd olunur ki, məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır. 

Bu müraciətdə Vəkil-Hüquqşünaslarla, Nümayəndə kimi işə çıxan Hüquqşünaslar və ya digər Nümayəndələr arasında ayrı-seçkiliyin yaradılmasının əlehinəyəm. Həm Vəkillər, həm də Nümayəndə kimi təmsil olunan Hüquqşünaslar arasında hər 2 tərəfdə savadlı, peşəkar və öz işini vicdanla yerinə yetirənlər olduğu kimi, savadsız və peşəkar olmayan Hüquqşünaslar və digər Nümayəndələr da var. Yəni, bu halı birmənalı olaraq Nümayəndə olan hüquqşünasların və digər nümayəndələrin üzərinə yıxmaq olmaz. Ali məhkəmənin bu qənaətə gəlməsi üçün ən azı, bu sahədə keçirilmiş monitorinqin nəticəsi olmalıdır. Digər tərəfdən, birinci instansiya və Apellyasiya məhkəmələrində ərizələr və şikayətlər həm Nümayəndələr, həm də Vəkillər tərəfindən tərtib olunur, Ali məhkəmədə isə yalnız Vəkillər tərəfindən. Yəni, Ali məhkəməyə verilən Kassasiya şikayətləri vəkillər tərəfindən tərtib olunduğundan bu şikayətin peşəkar və ya qeyri peşəkar tərtib olunması vəzifəsi nümayəndələrin deyil, vəkillərin üzərinə düçür.

Bu gün Azərbaycanda elə savadlı və peşəkar Vəkillərimiz var ki, apardıqları işlərin nəticəsinə görə onların müştəri cəhətdən problemləri yoxdur və seçim imkanları da çoxdur. Onların Nümayəndəlik institunun ləğv erilməsinə də ehtiyacları yoxdur. Bu daha çox, bu sahədə fəaliyyət göstərən, müştəri tapmaqda çətinlik çəkən və dövlətdə yüksək vəzifə tutan məmurlara məxsus olan hüquq şirkətlərinə və vəkillərinə sərf edir və nümayəndəlik institunun ləğv edilməsi təklifini də daha şox onlar irəli sürür. Beləliklə, onlar hesab edir ki, Nümayəndəlik institutu ləğv olunarsa, həmin müştərilər onlara müraciət edəcək. Ancaq bir məsələ də var ki, Nümayəndələrin apardıqları işlərin bir çoxu onların yaxın qohumları və onları tanıyan və mütəxəssis kimi qəbul edən şəxslər olmaqla, maddi tərəfdən də əksəriyyəti imkansız və ya imkanı az olan adamlardır. Nəticədə isə onların əksəriyyəti sadəcə olaraq məhkəyə müraciət etməyəcəklər.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın hüquqlarını qorumaq hüquq vardır və bu hüquqların qorunmasını kimin tərəfindən, özü, Vəkil, Hüquqşünas və ya digər şəxs tərəfindən həyata keçirilməsi hüququ ona məxsusdur. Bu əsasdan da vətəndaşın hüquqlarının məhdudlaşdırılması və Nümayəndəlik institunun ləğv edilməsi ədalət mühakiməsinin həyata keçirilməsinə ziddir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən müraciətdə belə, müraciət edən şəxslərdən Vəkil orderi və ya Müqavilə məcburi qydada tələb edilmir. Burada da vətəndaşlar və bu hüquqların qorunmasını kimin tərəfindən, özü, Vəkil, Hüquqşünas və ya digər şəxs tərəfindən həyata keçirilməsində sərbəstdirlər.

Nümayəndələri qeyri-peşəkar kimi təqdim edən Ali məhkəmə nədənsə unudur ki, Nümayəndlərin müəyyən hissəsi həqiqətən də qeyri-peşəkar və ya hüquqi təhsili olmasada, əksəriyyəti hüquqşünas olmaqla öz işlərini layiqincə yerinə yetirən nümayəndələrdir. Bir neçı qeyri-peşəkar nümayəndəyə görə, islahat adı ilə Nümayəndəlik İnstitunun ləğv edilməsi bu səbəbdən da əsassızdır. 

Ali məhkəmə Hakimləri də peşəkarlığıma görə müxtəlifdir. Burada da elə Hakimlər var ki, savadlı və peşəkar Hakimlərdir, öz işlərini layiqincə yerinə yetirirlər, elə Hakimlər də vardır ki, öz işlərinə qeyri peşəkar yanaşır və vəzifələrini layiqincə yerinə yetirmirlər. Məsələn, tərəflərə qanunda nəzərdə tutulan müddətdə iclasın vaxtı və yeri barədə bildiriş göndərmir, iclasları təyin etdikləri vaxtdan gec başlayır, Qərarlar vaxtında göndərmir, qərarları əsaslandırmır və digər qanun pozuntularına yol verir. Bu əsasla onda gərək Nümayəndəlik İnstitunda olduğu kimi Ali məhkəmə ləğv olunsun ki, burada da bir neçə hakim öz işinə qeyri peəkar yanaşmır. 

İslahatın və Ali məhkəmənin əsas vəzifəsi şəxslərin və ədalət mühakiməsinin həyata keçirilməsini asanlaşdırmaq və vətəndaşların hüquqlarını müdafiə edilməsində öz hüquqlarının sərbəst həyata keçirilməsini təmin etməkdir. Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi və Nümayəndəlik institunun ləğv edilməsi barədə Ali Məhkəmənin parlamentə ünvanlandığı layihəni göstərilən səbəblərdən əsassız hesab edirəm.