Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara şad xəbər
22 iyun 2017 11:51
Baxış Sayı: 1 311,
Müəllif: Qarabaqinfo
Çap Et
Tez-tez qarşılaşdığımız suala cavab: Qarabaq.info bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının facebook səhifəsinə istinadən bildrir ki. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilib. Kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir, bunun da 50 faizi əlillik qrupu olan şəxslər üçün nəzərdə tutulub. Qeyd.Sosial müdafiəyə ehtiyacı olanlar : ( 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələrin) |
Bu xəbəri dostlarınla paylaş: