Azərbaycan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib
07 iyun 2017 19:12
Baxış Sayı: 893,
Müəllif: Qarabaqinfo
Çap Et
Azərbaycan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə Hörmətli cənab Prezident, Qarabaq.info xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi. Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin! |
Bu xəbəri dostlarınla paylaş: