Neftçilər ölkə başçısına və Birinci vitse prezidentə ərizə ilə müraciət ediblər
08 may 2017 10:34
Baxış Sayı: 5 745,
Müəllif: Qarabaqinfo
Çap Et
![]() SOCAR prezidenti hörmətli Rövnəq müəllim, İşəgötürənləriniz işçilərə vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar məcburi ərizə yazdırırlar. Bununla əlaqədar təbii ki,onların əmək haqqı da azalır. Bilməlisiniz ki ,hər hansı bir layihə, proqram həyata keçirilərkən layihə, proqram təsirinə məruz qalan insanların sosial vəziyyəti əvvəlkindən aşağı vəziyyətə düşməməlidir. Bu mütləqdir! İndiki halda isə siz, insanların onsuz da ağır olan sosial vəziyyətini ağırlaşdırırsınız. Niyə? SOCAR rəhbərliyi tərəfindən verilən ədalətsiz göstəriş əsasında işçilərin əmək haqlarının azaldılması ilə əlaqədar neftçilər Ölkə başçısına və Birinci vitse prezident xanım Mehriban Əliyevaya ərizə ilə müraciət ediblər. Ərizə bu gün qeyd olunan ünvana göndərilib. İlk müraciət Neft Daşları NQÇİ-nin işçiləri tərəfindən olunub.Aldığım informasiyaya görə başqa idrarələrin də işçiləri tərəfindən ərizələr hazırlanır.Bu günlərdə neftçilər Prezident Aparatına getmək fikrindədirlər. Qarabaq.info xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səyfəsinə istinadən. |
Bu xəbəri dostlarınla paylaş: