Qarabaq.info » Dünya » Konqresə prezidentə nüvə zərbəsi endirməyi qadağan edən layihə təqdim olunub


Konqresə prezidentə nüvə zərbəsi endirməyi qadağan edən layihə təqdim olunub

ABŞ Konqresinə prezidentə müharibə elan etmədən nüvə zərbəsi endirməyi qadağan edən qanun layihəsi təqdim olunub.

Bu barədə "Foreign Policy" nəşri yazıb.

Qanun layihəsinin müəllifləri demokrat senator Edvard Marki və respublikaçı konqresmen Ted Lyudur.

Qeyd olunur ki, bu qadağa hələ sabiq prezident Barak Obamanın dövründə müzakirə olunub və heç bir nəticə verməyib, lakin Donald Trampın dövlət başçısı postuna gəlişi ilə müzakirələr yenidən bərpa olunub.

"Nüvə müharibəsi bəşəriyyət üçün ciddi təhlükədir. Prezident Tramp indiyədək artıq ehtimal edib ki, terrorçulara qarşı nüvə zərbəsi endirə bilər. Çox təəssüf ki, ABŞ qanunvericiliyi ona münaqişə zamanı preventiv zərbə endirmək hüququnu verir", — deyə senator Marki bildirib.istiqlal.az