İran qarışır: Rəfsəncani öldürülüb? - Foto
10 yanvar 2017 12:13
Baxış Sayı: 739,
Müəllif: Qarabaqinfo
Çap Et
İranın sabiq prezidenti Haşimi Rəfsəncani vəfat etdikdən sonra ölkədə siyasi vəziyyət gərginləşib. Rəfsəncani tərəfdarı minlərlə vətəndaş nümayiş keçirərək 83 yaşlı siyasətçinin öldürüldüyünü iddia ediblər. Qarabaq.info Axar.az istinadən xəbər verir ki, kütlə arasında dolaşan məlumata görə, sabiq prezident dərman qəbul edib və 2 saat ərzində infarktdan vəfat edib. Etiraz aksiyaları əvvəlcə paytaxt Tehranda başlayıb. Yüzlərlə vətəndaş Rəfsəncaninin yerləşdirildiyi xəstəxananın önündə toplanıb, şüarlar səsləndirilib. Daha sonra ölkənin bir neçə iri şəhərində aksiyalar davam etdirilib. Qeyd edək ki, sabiq prezidentin ölümünü müəmmalı edən digər bir səbəb İran Səhiyyə naziri Əmir Mohsen Dayayın açıqlaması olub. Nazir Rəfsəncaninin ölümündə həkimlərin günahkar olduğunu açıq-aşkar etiraf edib. “Rəfsəncaninin yanında şəxsi həkimi olmayıb. Mənə verilən məlumata görə, həkimlər lazımi müdaxilə edə bilməyiblər”, - nazir qeyd edib. Xatırladaq ki, təxminən 4 aydan sonra İranda prezident seçkiləri keçiriləcək. Belə bir vaxtda Rəfsəncaninin qəfil ölümü, nazirin şübhəli açıqlaması ölkənin siyasi elitasında amansız mübarizənin gedişindən xəbər verə bilər. İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də vəfat edib. Rəfsəncaninin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Haşimi Rəfsəncani 1980- 1989-cu illərdə parlamentin spikeri, 1989-1997-ci illərdə İran prezidenti olub. O, İranın Ali dini lideri Əli Xameneinin yerinə ən real namizədlərdən biri sayılırdı. |
loading...
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Saytı bəyənirsinizmi?
Bu xəbəri dostlarınla paylaş:
|