“Səddam Hüseyn haqlı idi” - CİA-dan şok etiraf
19 dekabr 2016 11:27
Baxış Sayı: 787,
Müəllif: Qarabaqinfo
Çap Et
İraqın keçmiş lideri Səddam Hüseyn həbs edildikdən sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən sorğu-sual edilib.Qarabaq.info BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Səddam Hüseynin həyatını və onun hakimiyyət dövrünü qələmə alan CİA agenti Con Nikson, Səddamın sorğu zamanı dediyi "Müvəffəqiyyətsiz olacaqsınız. Çünki İraqı tanımırsınız. İraqın dinini, insanını, tarixini və mədəniyyətini bilmirsiniz. Məndən sonra anlayacaqsınız ki, bu ölkəni idarə etmək necə çətindir” sözlərində nə qədər haqlı olduğunu qeyd edib. "Prezident sorğusu: Səddam Hüseyn istintaqı” adlı kitabında Nikson istintaq zamanı Səddam Hüseynin sorğulara verdiyi cavabların bir qismini yazaraq, artıq tarixin sabiq prezidenti nə qədər haqlı çıxardığını müdafiə edib. Nikson həmçinin kitabında Səddamın Amerikanın İraqı işğal etmədən əvvəl orada kimyəvi silah anbarı tikdiyini və Əl-Qaidə terror qruplaşması ilə əməkdaşlıq etdiyi iddialarını təkzib etdiyini vurğulayıb. |
Bu xəbəri dostlarınla paylaş: