Donbasa heç vaxt xüsusi status verməyəcəyik - Kiyev
16 dekabr 2016 17:54
Baxış Sayı: 590,
Müəllif: Qarabaqinfo
Çap Et
Ukrayna hakimiyyəti heç vaxt Donbasa xüsusi status verməyəcək. Qarabaq.info Axar.az istinadən xəbər verir ki, bunu “Liqa.net” saytına müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib. O, Donetsk və Luqanska Ukrayna tərkibində verilən statusun digər regionların heç birindən fərqlənməyəcəyini bildirib. Qeyd edək ki, Donbas konflikti 2014-cü ildə Rusiyanın aktiv dəstəyi ilə başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxıblar. Moskva Donbas konfliktinin yalnız Donetsk və Luqanska xüsusi status veriləcəyi təqdirdə həll edilə biləcəyini bəyan edib. |
Bu xəbəri dostlarınla paylaş: